(XIX əsrin ikinci yarısı, Göyçay qəz.-nın Alxasava k. – 1938, Göyçay r-nunun Alxasava k.) – aşıq.
Süleymanov gözəl səsə, eləcə də zurna, balaban və saz çalmaq məharətinə malik olub. Aşıq Zəkəriyyə dövrünün ustad aşıqlarından birinin – qaraməryəmli aşıq Hüseynin şagirdi olub. Uzun illər aşıq məclislərində, toylarda çıxış edib, el içində böyük şöhrət qazanmışdır. Aşıq şeiri üslubunda yüksək sənət nümunələri yaradıb, çoxlu qoşma, gəraylı, təcnis, müxəmməs, gözəlləmələr və “Əsmər” adlı nağıl dastanının müəllifidir.
Aşığın 11 şeiri toplanıb, lakin bu əsərləri indiyə kimi işıq üzü görməyib. 12 mart 1938 ildə Gəncədə keçirilən Azərb. Aşıqlarının II qurultayında iştirak edib.
Məlumat ailəsindən alınıb.