Məscid XIX əsrin əvvəllərində Şərif Əfəndinin babası Qədir Əfəndi tərəfindən öz həyətində tikdirilmişdir. Həmin məscidin yanında mədrəsə olmuşdur. İnqilabdan sonra bolşeviklər tərəfindən həmin məscid yandırılmışdır. Hal-hazırda k.-də yeni bir məscid vardır.
Məscid k.-in mərkəzinə yaxın ərazidə yerləşir. Bu məscid Şıx Nəbi məscidi adlanır. Məscid 1998 ildə İslam İrsinin Dirçəliş Cəmiyyəti tərəfindən tikilmişdir.
Binanın ümumi sahəsi 126 kv.m-dir. İbadət zalı (8 m x 14 m) 112 kv.m-dir. Bu zalın ş.-də və q.-də 2 olmaqla 4 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar şm. hissədəndir. Məscidin 120 sm enində tacşəkilli sütunlarla bağlanmış məscid boyu uzanan eyvanı vardır. Minarə qapının sağında məscid eyvanında, binaya bitişik formada 1 şərəfəli 7 m hün.-də inşa edilmişdir. Məscidin damı ağ dəmir örtüklə günbəz şəklində örtülmüşdür. Ümumiyyətlə, məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 60-61.