İnçə k.-də yeni bir məsciddir. Amma vaxtilə bu məscidin yerində qədim bir məscid olmuşdur. Bu qədim məscidin tarixi və kim tərəfindən tikildiyi məlum deyil. İndiki yeni məsciddə köhnə məscidin taxta dirəkləri qorunub saxlanılır. Bu dirəklər üzərinə ərəbcə 133 rəqəmi yazılıb. Kənd camaatının iddia etdiyinə görə, bu məscid Çar Rusiyası zamanında 133-cü məscid olmuşdur. Hal-hazırda k.-də olan yeni məscid 1998 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilib.
Binanın ümumi sahəsi 126 kv.m-dir. İbadət zalı (8 m x 14 m) 112 kv.m-dir. Bu zalın 2 ş.-də, 2 q.-də olmaqla 4 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar şm. hissədəndir. Binanın önündə 120 sm-lik tac şəkilli sütunlarla bağlanmış məscid boyu uzanan eyvan vardır. Məscidin 7 m hün.-də minarəsi vardır. Binanın damı ağ dəmir örtüklə günbəz şəklində örtülmüşdür. Abidənin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 64-65.