(8.4.1958 – 3.3.2021, Bakı ş.) – texnika ü.f.d., dos.
AzPİ-ni (indiki Azərb. Texniki Universiteti) “Avtomobillər və avtomobil təsərrüfatı” ixtisası üzrə bitirib (1980). 1983 ildə bitirdiyi institutun aspiranturasına qəbul olub. 1986 ildə aspiranturanı bitirdikdən sonra “Avtomobillər və avtomobil təsərrüfatı” kafedrasında işə qəbul olub. Həmin kafedrada baş müəllim, kafedra müdiri, dekan müavini və dekan vəzifələrində çalışıb. Son illərdə Bakı Mühəndislik Universitetində “Magistratura və aspirantura” şöbəsinin müdiri vəzifəsində işləyib. Məmmədovun Azərb.-da avtomobil nəqliyyatı sahəsi üzrə bir neçə kitabı işıq üzü görüb. O həm də avtomobil nəqliyyatı sahəsi üzrə elmi-praktik tədqiqatlarla məşğul olub. Bakı ş.-də şəhər nəqliyyatının yaxşılaşdırılmasının tədqiqatı işində daxili qaydada mütəxəssis kimi iştirak edib. Bakı ş.-də avtomobil nəqliyyatı ilə bağlı yol-nəqliyyat hadisələrinin statistik emalı, təhlili, şəhər yollarının həndəsi parametrləri, hərəkətin təşkili və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədqiqatların aparılması ilə məşğul olub. Bu məsələlərlə bağlı bir neçə xarici ölkədə, o cümlədən Türkiyədə, Almaniyada və Fransada olub.
Məlumat ailəsindən alınıb.