(25.9.1962, Göyçay r-nu – 20.1.1990, Bakı ş.) – 20 Yanvar şəhidi.
Birinci sinfə Göyçay ş. 1 saylı məktəbinə gedib. Bu məktəbdə səkkiz il təhsil aldıqdan sonra 1976 ildə Bakıya gəlib və 10 saylı ümumtəhsil Texniki Peşə Məktəbinə daxil olub. Bu məktəbdə o, qaynaqçı peşəsinə yiyələnib. Məktəbi bitirib r-na qayıtdıqdan sonra müəyyən fasilələrlə ayrı-ayrı idarələrdə işləyib, 1981 ildə əsgəri xidmətə yollanıb. O, Çitadan kiçik serjant rütbəsi ilə qayıdıb.
1983 ildə R.İsayev Bakıya gəlib və Məişət kondisionerləri zavodunda çalışıb. 1990 ilin məlum hadisəsinə kimi zavodda cilalayıcı işləyib. Salyan kazarması qarşısında yanvarın 20-nə keçən gecə alın nahiyyəsindən aldığı güllə yarasından keçinib. Hazırda Göyçaydakı küçələrdən biri R.İsayevin adını daşıyır.
Mənbə: Ə.Əlioğlu. Ruhların səsi (Göyçay şəhidləri). Bakı, İşıq, 1995, s. 60.