Seyid Məmməd baba ziyarətgahı Qarabaqqal k.-i ərazisində yerləşir. Bu ziyarətgah haqqında yalnız bəzi rəvayətlər vardır. Ağır övliya sayılan Seyid Məmməd babanın çox böyük kəramətləri olmuşdur. Seyid Məmməd baba bu əraziyə sonradan gəlmişdir. İndiki ziyarət yerində babanın evi olduğunu deyirlər. Baba hər namaz vaxtı evdən çıxar, qayıdanda başında qar olarmış.
Baba başında qar olaraq qayıtdığı zaman arvadı babadan bunun hikmətini soruşmuş, baba isə hər dəfəsində bunu soruşma demişdir. Rəvayətlərə görə, bu hadisə zamanı yer yarılmış, evlə birlikdə yerə batmışlar. Digər rəvayətə görə, baba qeyb olmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 104-105.