Türk zabiti Qədir Əfəndinin məzarı Bığır k.-i ərazisindədir. Azərb. ərazisində şəhid olmuş Osmanlı zabit və əsgərlərinin çoxunun məzarı gərgin döyüşlər burada getdiyindən məhz Göyçay r-nundadır. Bığır k.-inin girəcəyində Türk Qafqaz İslam Ordusuna mənsub zabit və əsgərlərin xatirəsinə abidə ucaldılmışdır. Bu abidə, türk məzarlıqları və o cümlədən Qədir Əfəndinin məzarı Osmanlıdan qardaş yardımına gəlmiş türk əsgərlərinin qəhrəmanlığını, şəhadətini yaddaşlarda əbədiləşdirən müqəddəs məkanlarımızdandır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 110-111.