Alpavutlar, alpağutlar – türk tayfası. Qaraqoyunluların, sonra isə ağqoyunluların tərkibinə daxil idi. Səfəvilər dövründə Çuxursəd və Şirvanda yaşadıqları məlumdur. Hazırda Azərb. Resp.-nın Bərdə, Qazax, Goranboy, Göyçay, Laçın, Ucar r-nlarındakı Alpout, Cənubi Azərb.-da Alpaut (İranın Şərqi Azərbaycan ostanı) kəndlərinin adı Alpautla bağlıdır.
Mənbə: ASE. 10 cilddə, I cild, Bakı, 2009, s. 388.