F.Osmanov 1966-70 illərdə Bakı–Qaraməryəm yolunun şm.-da yerləşən Yekəxana k.-nin ərazisində antik və ilk orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkara çıxarıb. Həmin tapıntılar içərisində kömürləşən taxıl qalıqları diqqəti cəlb edir. Akademik İ.Mustafayev həmin tapıntıları tədqiq edərək onların mədəni arpa və yumşaq buğda növündən ibarət olduğunu müəyyən edib.
1980 illərin əvvəllərində Göyçayın Yekəxana k.-nin ərazisindən qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb (inv.1075). R-nun qədim yaşayış məntəqələrindən olan Yekəxana k.-də yaşayan Y.Qasımov həyətyanı sahəsində təsərrüfat işləri görərkən torpağın altından bir neçə saxsı küp və 10-a yaxın qədim məişət əşyası, müxtəlif növ təsərrüfat qabları, keramika məmulatları aşkar edib. Bu tapıntılar ilk orta əsrlər dövrünə, yəni bizim eranın III–V əsrlərinə aid maddi mədəniyyət nümunələridir. Tarixi mənbələrdə də qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının c. hissəsindəki ərazilərdə təxminən 1500 il əvvəl də yaşayış olub.
Mənbə: M.Zülfüqarlı. “Göyçay tarixi”, Bakı 2022, s. 20-22;
https://apa.az/public/index.php/az/sosial/-149030