(1922, Göyçay qəz. Ləkçıplaq k. – 1986) – müəllim.
İlk orta təhsilini Ləkçıplaq k. alıb. Göyçay Pedaqoji Texnikumunu bitirib. 1940 ildə Əfəndiyev Əhmədlə ailə həyatı qurub və 1941 ildən Göyçay r-nu Qaraman k. 7 illik məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1986 ilə qədər müəllim işləyib. Müəllimlik fəaliyyəti dövründə xidmətlərinə görə Xalq Maarifi Nazirliyi tərəfindən müxtəlif təşəkkürnamələr, medal və ordenlərə layiq görülmüşdür. “Şərəf nişanı” ordeni ilə təltif edilib (1960).
Məlumat S.Əfəndiyevanın övladlarından alınıb.