(4.6.1947, Bakı ş.) – filoloq alim, ingilis dili və ədəbiyyatı üzrə mütəxəssis, Əməkdar müəllim (2011).
Azərb. Xarici Dillər İnstitutunu (indiki Azərb. Dillər Universiteti) ingilis dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib (1970). 1970-91 illərdə həmin təhsil ocağında ingilis dili müəllimi kimi fəaliyyət göstərib, sonrakı fəaliyyətini isə Xəzər Universitetində davam etdirib. 1991 ildən həmin universitetdə Hazırlıq fakültəsinin dekanı, Elmi Şuranın üzvü, audio-video mərkəzin direktoru, “İngilis dili və ədəbiyyatı” departamentinin baş müəllimi kimi fəaliyyət göstərib. 1990-92 illərdə ADNA (indiki ADNSU) nəzdində Biznes Kollecində ingilis dili müəllimi kimi çalışıb. Elmi fəaliyyəti ilə əlaqədar dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-ın Los-Anceles və Böyük Britaniyanın Nottingem Trent Universitetlərində, Avstriyanın Zalsburq Təhsil və Mədəniyyət Mərkəzində çalışmış, müxtəlif konfranslarda və tədbirlərdə iştirak etmişdir. İngilis dili və ədəbiyyatının tədrisi metodikası ilə əlaqədar bir sıra beynəlxalq sertifikatlara layiq görülüb. 1999 ildən eyni zamanda Britaniya səfirliyinin Xarici Diplomatlarla İş Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Əsas tədqiqat sahəsi: “İngilis ədəbiyyatı: Şekspir klassik və modern dövrdə”.
Əsərləri:
“Hüquqlarımızın tələbi”. Tərcümə, 2 cilddə. 1997, Qlobal Bacılıq İnstitutunun (Washington D.C.) sifarişi ilə;
Azərbaycan dilini öyrənən xaricilər üçün “Azərbaycan dili” dərsliyi, Bakı, 2000;
“Poetik tərcümə toplusu”. Tərcümələr, I cild. Xəzər Universiteti nəşriyyatı, 2005;
“Yaşamağa nə var ki?”. Poetik tərcümələr və esselər. Xəzər Universiteti nəşriyyatı, 2018.
Məlumat V.Abdullayevdən alınıb.