Göyçayda çoxuşaqlı analara həmişə böyük ehtiram, məhəbbət olub, onlara hörmətlə yanaşılıb, xüsusi dəyər verilib. Doğrudur, Muğan və Masallı–Lənkəran bölgələri ilə müqayisədə Göyçayda çoxuşaqlı anaların sayı nisbətən az olmuşdur. Amma XX əsrin 80 illərinə kimi Göyçayda əksər ailələrdə uşaqların sayı 6-7 nəfər və daha artıq olmuşdur. Beş uşaqlı ailələr isə Göyçayda adi hal hesab edilirdi. Hər bir kənddə, əhalinin sayına uyğun olaraq, azı bir, çoxu isə on-on iki ananın on və daha artıq övladı vardı. Məlum olduğuna görə, 7 uşaqlı analar 3-cü dərəcəli, 8 uşaqlı analar 2-ci dərəcəli, 9 uşaqlı analar isə 1-ci dərəcəli “Analıq şərəfi” ordeni ilə təltif edilir, 10 və daha artıq uşaq dünyaya gətirib tərbiyə edən analar isə “Qəhrəman ana” fəxri adına layiq görülürdülər. “Sovet İttifaqı Qəhrəmanı”, “Sosialist Əməyi Qəhrəmanı” adlarına görə verilən imtiyaz və güzəştlər “Qəhrəman ana” adına layiq görülənlərə də şamil edilirdi.
Göyçaylı Qəhrəman anaların əksəriyyəti r-nun k.-lərində yaşayır, kolxozda çalışırdılar. Onlar pambıq tarlalarında, üzüm, nar bağlarında, maldarlıq fermalarında fədakarlıqla işləməklə yanaşı, vətən üçün, cəmiyyət üçün layiqli övladlar böyüdüb tərbiyə edirdilər. Bu qadınların hər birinin fədakar əməyi, nəsillərə nümunə olan şərəfli ömür yolları bədii əsərlərə, dastanlara layiqdir.
Hazırda Göyçay r-nunda 36 nəfər Qəhrəman ana yaşayır. Onlar 10 və daha artıq övlad böyüdüb tərbiyə etmişlər. Qəhrəman analardan ən çox övladı olanlar Məlikkənd k. sakini Əliyeva Azadə İbrahim qızı və Çərəcə k. sakini Abidova Rəfiqə Mehdi qızıdır. Onların 12 övladı vardır. Göyçaylı Qəhrəman analardan 7 nəfərinin isə 11 övladı vardır. Bunlar Çərəkə k. sakini Adıgözəlova Almarə Məcid qızı, İnçə k. sakinləri Vahidova Gülarə Şəmi qızı, Musayeva Şura Mirsahib qızı, Alpout k. sakinləri Zeynalova Sərfi Ələmdar qızı, Müslümova Şirin Abduləli qızı, Yenikənd k. sakini Rəhimova Rəqubət Rəsul qızı və Qaraməryəm k. sakini Cəfərova Nümunə Rəhim qızıdır. 27 nəfər göyçaylı Qəhrəman ananın isə 10 övladı vardır.
1. Bədəlova Fadimə Həkəz qızı – Qaraməryəm k.
2. Ramazanova Gülzar Ağa qızı – Qaraməryəm k.
3. Şəmiyeva Rəfiqə Məmməd qızı – Yekəxana k.
4. Ağayeva Rəfiqə Atabala qızı – Bəydövül k.
5. Mustafayeva Nazlı Həsən qızı – Bəydövül k.
6.Gülalıyeva Mərziyə Qurban qızı – Bəydövül k.
7. Həsrətova Mələk Əlövsət qızı – Alpout k.
8. Kərimova Tamara Cəlil qızı – Bığır k.
9. Xəlilova Şahzadə Xəlil qızı – Bığır k.
10. Hacıyeva Səyyarə İbrahimxəlil qızı – Bığır k.
11. Ağayeva Gülxanım Rəşid qızı – Qarayazı k.
12. Nuriyeva Zəmiyə Eyyub qızı – Mırtı k.
13. Həsrətova Tahirə Həmzə qızı – Mırtı k.
14. Abdulova Balaxanım Rəhim qızı – Mırtı k.
15. Məmmədova Mahizər Bayram qızı – Mırtı k.
16. Ağayeva Asya Məhəmməd qızı – Mırtı k.
17. İsmayılova Qələm Cəlal qızı – Çərəkə k.
18. Məmmədova Güllübəyim Mustafa qızı – Çərəkə k.
19. İsmayılova Tahirə Mahmud qızı – Çərəkə k.
20. Nəbiyeva Soltanxanım Məcid qızı – Çərəkə k.
21. Bayramova Asiya Əli qızı – İnçə k.
22. Musayeva Zəmilə Saabalı qızı – İnçə k.
23. Mehdiyeva Validə Zadə qızı – Çaxırlı k.
24. Səlimova Şura Cavad qızı – Qaraxıdır k.
25. Məhərrəmova Nazilə Kamal qızı – Mallı-Şıxlı k.
26. Yusifova Ətlaz Əziz qızı – Göyçay ş.
27. Əlizadə Xavər Əhməd qızı – Göyçay ş.
Qəhrəman anaların yaş qrupu aşağıdakı kimidir:
Göyçaylı Qəhrəman ananın ən yaşlısı Qaraməryəm k. sakini, 1931 ildə anadan olmuş 92 yaşlı Ramazanova Gülzar Ağa qızıdır. Mırtı k. sakini Ağayeva Asya Məhəmməd qızı və Bəydövül k. sakini Gülalıyeva Mərziyə Qurban qızı 1932 ildə anadan olmuşlar və 91 yaşları vardır. Qəhrəman anaların 27 nəfəri isə 1934-41 illərdə dünyaya gəlmiş və 81-89 yaşları vardır. 5 nəfər Qəhrəman ana isə 70-79 yaş arasındadır.
Faktlar göstərirki, çoxuşaqlı ailələrdə analar daha uzunömürlü olurlar. Övladların, nəvə və nəticələrin çoxluğu onların həyat eşqini artırır, yaşamaq üçün əlavə stimul verir.
Qəhrəman anaların əksəriyyətinin övladları və nəvələri vətənpərvərlik ruhunda tərbiyə olunmuş, vətənə sədaqətlə xidmət etmiş və etməkdədirlər. Yenikənd kənd sakini, 11 övlad (4 oğlan, 7 qız) anası Rəhimova Rəqubət Rəsul qızı uzun illər kolxozda işləmiş, qabaqcıl manqabaşçısı kimi tanınmışdır. Onun böyük oğlu Rəhim Əfqanıstanda hərbi xidmət keçmiş, müharibə veteranıdır. Ortancıl oğlu Razimin oğlu İsmayıl və kiçik oğlu Rüstəmin oğlu Şamxal 2-ci Qarabağ müharibəsi qazisidir. Rəqubət Rəhimovanın 29 nəvəsi və 13 nəticəsi vardır. 1946 ildə anadan olmuş 77 yaşlı Rəqubət Rəhimova nəticələrinin tərbiyəsi və ev işlərinin yerinə yetirilməsin də övladlarına və nəvələrinə həvəslə yardım edir.
Qaraməryəm k. sakini Cəfərova Nümunə Rəhim qızı 1951 ildə anadan olmuşdur, 8 qızı və 3 oğlu vardır. 29 nəvəsi, 13 nəticəsi vardır. 2 nəvəsi Təbrizvə Əşrəf 2-ci Qarabağ müharibəsi qazisidir. 72 yaşlı Nümunə xanım nəticələrinin tərbiyəsində və ev həyətyanı təsərrüfat işlərində yaxından iştirakedir.
Mırtı k. sakini Nuriyeva Zəmiyə Eyyub qızı 85 yaşındadır. 10 övlad böyüdüb tərbiyə etmişdir. Onun 33 nəvəsi və 35 nəticəsi vardır. Oğlu Zakir Əfqanıstan müharibəsi veteranıdır.
Mustafayeva Nazlı Həsən qızı Bəydövül k. sakinidir. O, 1936 ildə anadan olmuş, 87 yaşı vardır. Oğlu Famil I Qarabağ müharibəsi veteranıdır. Nəvəsi Mustafayev Əhməd tanınmış müğənnidir. 10 övladı, 25 nəvə, 40 nəticəsi var. N.Mustafayeva Göyçay rayonu üzrə ən çox nəticəsi olan qəhrəman anadır.
Mırtı k.-də yaşayan Məmmədova Mahizər Bayram qızı 1934 ildə anadan olmuş, 89 yaşındadır. Onun 10 övladı, 33 nəvəsi, 35 nəticəsivardır. Oğlu Ziya I Qarabağ müharibəsi veteranı, 2-ci qrup müharibəəlilidir.
Həmin kəndin sakini Abdulova Balaxanım Rəhim qızı 1937 ildə dünyaya göz açmışdır. 86 yaşı vardır. 10 övladı, 28 nəvəsi, 30 nəticəsi vardır.
Çərəkə k. sakini Məmmədova Güllübəyim Mustafa qızı 1935 ildə anadan olub. 88 yaşlı Güllübəyim nənənin 10 övladı olub: 5 oğlan, 5 qız. O, uzunillər kolxozda işləyib, pambıq becərmək və toplamaqla məşğul olub. Oğlu Məmmədov Sahib I Qarabağ müharibəsində şəhid olub.
1938 ildə anadan olmuş Çərəkə k. sakini Nəbiyeva Soltanxanım Məcid qızı 10 uşaq anasıdır. O, kəndin qabaqcıl pambıqçılarından olmuşdur.
1938 ildə dünyaya gəlmiş Çərəkə k. sakini Adıgözəlova Almarə Məcid qızı 12 uşaq (5 oğlan, 7 qız) böyüdüb tərbiyə edib. Bir müddət kənd məktəbində texniki işçi, uzun müddət isə kolxozda işləyib, pambıqçılıqla məşğul olub. Bir oğlu I Qarabağ müharibəsi iştirakçısıdır.
Həmin kəndin sakini, 1938 ildə anadan olmuş 12 uşaq anası İsmayılova Qələm Cəlal qızı kəndin qabaqcıl pambıqçılarından olub. Bir oğlu I Qarabağ müharibəsi iştirakçısıdır, bir çox döyüşlərdə igidliklə döyüşmüşdür.
Göyçay r-nunda hazırda 9 uşaq böyüdüb tərbiyə etmiş 12 nəfər ana yaşayır. Onların ən yaşlısı 1937 ildə anadan olmuşdur, 86 yaşındadır. Yaşca ən kiçiyi isə 1965 ildə anadan olmuş, 58 yaşındadır.
Doqquz övladı olan digər analar 1943-48 illər arasında anadan olmuşlar, yaşları 75-80 arasındadır. Həmin anaların adları aşağıda göstərilir:
1. Əliyeva Zeynəbxanım İslam qızı – Göyçay ş.
2. Abdullayeva Zeynəb Hacıbala qızı – Çərəkə k.
3. Usubova Şəkurə Nurəddin qızı – Çərəkə k.
4. Hüseynova Şükufə Musa qızı – Alıkənd k.
5. Əliyeva Almaz Nəcəf qızı – Mırtı k.
6. Seyidova Laləzar Oruc qızı – UlaşlıŞıxlı k.
7. Abdullayeva Ruqiyyə Məhəmməd qızı – Müskürlü k.
8. Muradova Ruqiyyə Şahmar qızı – İnçə k.
9. Musayeva Əzimə Mirzə qızı – İnçə k.
10. Abdullayeva Əntiqə Vəli qızı – Mallı-Şıxlı k.
11. Mustafayeva Böyükxanım Soltan qızı – Bığır k.
12. Yediyarova Xavər Talıb qızı – Bığır k.
Ana Tanrının yaratdığı ən uca, ən şərəfli varlıqdır. “Ana” sözü dilin lüğət fondunun ən gözəl sözü, ana laylası musiqilərin ən ahəngdarı, ən emosionalıdır. Ana epitetlərə sığmayan addır. Ananı heç nə ilə təşbehə gətirmək olmur. Ananı nəyə, kimə bənzətsən, bənzədilən ana adı ilə müqayisədə kiçik və sönük görünər. Ana varlığının bənzərsizliyini Əli Kərim misraları daha dəqiq ifadə edir:
Demirəm göy qədər ucadır adın,
Demirəm, alçalar söhbətin, sözün.
Sən ki yaranışdan bənzər olmadın,
Ana, özün qədər böyüksən özün.
Məlumat A.Məmməddən alınıb.