Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərb.-ın qanunvericilik orqanı 1938 ildə yeni formatda – Resp.-nın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi.
I çağırış Azərb. SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938 il) seçilən 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Bu seçkidən sonra II (1946-50); III (1950-54); IV (1954-58); V (1958-62); VI (1962-66); VII (1966-70); VIII (1970-74); IX (1974-79); X (1979-84); XI (1984-89); XII (1990-95) çağırış Azərb. SSR Ali Sovetinə seçkilər olub və bu seçkilərin hər birindən sonra qanunvericilik orqanında Göyçay əhalisini 3 deputat təmsil edib.
Azərbaycan SSR Ali Sovetinin deputatları:
I, III, V, VI, VII çağırış – Rəsul Rza (Xalq şairi)
II, III, IV çağırış – Ələkbər Əli oğlu Eminov – 1908 ildə Göyçay r-da bənna ailəsində anadan olmuşdur. 1932-36 illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-38 illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır. 1938 ilin mayında Ə.Eminov Azərb. Kommunist Partiyası Ağdam r-n Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır. Azərb. Kommunist Partiyası Yevlax r-n, Qasım İsmayılov r-n komitələrinin birinci katibi, Şamxor r-n Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954 ildən Azərb. Kommunist Partiyası Ağstafa r-n Komitəsinin birinci katibi vəzifəsində işləmişdir
VII çağırış – (1966-70)
Əhmədov Əhməd Mahmud oğlu (8.2.1910, Göyçay qəz. – 30.8.1988, Bakı ş.) – azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçaldəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. Ə.Əhmədov 8 fevral 1910 ildə Zərdab r-nunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933 ildə Azərb. Sənaye İnstitutunun (indiki ADNSU) Geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərb. SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı ş. və Resp. Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988 ildə Bakı şəhərində vəfat etmişdir.
Səfərəliyev Rüstəm Qasım oğlu – Azərb. KP Göyçay RK.-nın birinci katibi, VII çağırış deputat, Sosialist Əməyi Qəhrəmanı (1949). Səfərəliyev R. 1909 ildə Füzuli r-nunun Qoçəhmədli k.-də anadan olub. 1929-74 illərdə müəllim, Pedaqoji Texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə r-nunun Xalq Maarif şöbəsinin müdiri, AKP MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərb. KP Balakən, Zaqatala, Bərdə, Göyçay RK-nin birinci katibivə s. vəzifələrdə işləmişdir. 1948 ildə dövlətə kənd təsərrüfatı məhsullarının istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18-30-cu qurultaylarının nümayəndəsi olmuş, 1951 ildən AKP MK üzvü idi. Azərb. SSR Ali Sovetinin (1, 5, 7, 8, 9, 10, 11-ci çağırış) deputatı idi. 4 dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.
Mənbə: “Bərdə və bərdəlilər”. Bakı, “Nərgiz” nəşriyyatı, 2010, 448 səh. Fоtоşəkillərlə.
VIII çağırış – (1970–74)
1. Səfərəliyev Rüstəm Qasımoğlu (1909) – azərbaycanlı. Azərb. KP Göyçay RK.-nın birinci katibi – 180 nömrəli Göyçay ş. seçki dairəsi.
2. Eldarov Adil Babay oğlu (1924) – azərbaycanlı. Resp. yüngül sənaye nazirinin birinci müavini – 181 nömrəli Göyçay kənd seçki dairəsi.
3. Baxşəliyev Baxşəli Həsən oğlu (1920) – azərbaycanlı. Azərb. SSR maliyyə naziri – 183 nömrəli Çaxırlı seçki dairəsi.
4. Vəliyeva Səkinə Salman qızı (1925) – azərbaycanlı. Göyçay r-dakı Səməd Vurğun adına kolxozun manqabaşçısı – 184 nömrəli Çayarxı seçki dairəsi.
Mənbə: Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш (aze-ru). Бакы, Азәрнәшр. 1973.
IX çağırış – (1974-79)
1. Tahirov Heybət Adil oğlu (1933) – azərbaycanlı. Azərbaycan KP Göyçay RK-nın birinci katibi – 189 nömrəli Göyçay ş. seçki dairəsi.
2. Baxşəliyev Baxşəli Həsənəli oğlu (1929) – azərbaycanlı. Azərbaycan SSR maliyyə naziri – 192 nömrəli Çaxırlı seçki dairəsi.
3. Cəfərova Şərəf Əliqulu qızı (1953) – azərbaycanlı. Göyçay r-dakı “Şirvan” kolxozunun pambıqçısı – 191 nömrəli Qaraməryəm seçki dairəsi.
4. Əsgərov İsmayıl Nəsrulla oğlu (1914) – azərbaycanlı. Azərb. KP MK təşkilat partiya işi şöbəsinin müdiri – 190 nömrəli Göyçay kənd seçki dairəsi.
Mənbə: Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш (aze-ru). Бакы, Азәрнәшр. 1976.
X çağırış – (1979–84)
1. Baxşəliyev Baxşəli Həsən oğlu (1920) – azərbaycanlı. Azərb. SSR maliyyə naziri – 215 nömrəli Göyçay-Çaxırlı seçki dairəsi.
2. Behbudova Gülbəniz Əlimərdan qızı (1957) – azərbaycanlı. Göyçay r-dakı “Leninqrad” sovxozunun sağıcısı – 214 nömrəli Qaraməryəm seçki dairəsi.
3. Əsgərov İsmayıl Nəsrulla oğlu (1913) – azərbaycanlı. Azərb. KP MK yanında Partiya Komissiyasının sədri – 214 nömrəli Göyçay seçki dairəsi.
4. Hüseynova Rəhilə Allahverdi qızı (1948) – azərbaycanlı. Göyçay r-dakı Kalinin adına kolxozun manqabaşçısı – 217 nömrəli Çərəkə seçki dairəsi.
5. Tahirov Heybət Ədil oğlu (1933) – azərbaycanlı. Azərb. KP Tovuz RK.-nın birinci katibi – 212 nömrəli Göyçay ş. seçki dairəsi.
Mənbə: Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш (aze-ru). Бакы, Азәрнәшр. 1983.
XI çağırış – (1984–89)
1. Səfərəliyev Rüstəm Qasım oğlu (1909) – azərbaycanlı.
2. Baxşəliyev Baxşəli Həsən oğlu (1920) – azərbaycanlı. Azərb. SSR maliyyə naziri.
3. Orucov Əlsaab Səftər oğlu (24 yanvar 1946, Göyçay) – Azərb. hüquqşünası və dövlət xadimi, Azərb.-ın ədliyyə naziri (1985-92), Azərb. Resp. Baş nazirinin müavini – Azərb. Resp. Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).
4. Fətəliyev Həbib Sadıq oğlu (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı ş.) – Azərb. dövlət xadimi, Azərb. SSR yerli sənaye naziri (1987–89), AK(b)P Nizami RK.-nin birinci katibi (1980-87), Azərb. SSR Ali Sovetinin XI çağırış deputatı.
Mənbə: Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы, Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј’әтинин нәшри. 1985.
XII çağırış – (1990–95).
1. Orucov Əlsaab Səftəroğlu (24.1.1946 Göyçay ş.).
2. Hacıyev Sabir Kamal oğlu (5.10.1954 Göyçay ş.).
Mənbə: “Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında” AzərbaycanRespublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. // e-qanun.az