(5.12.1930, Göyçay r-nunun Üngütlü k. – 24.11.2004, Bakı ş.) – pedaqoq, coğrafiya ü.f.d. (1967), dos. (1979).
B.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini bitirib (1954). 1954-60 illərdə Naxçıvan MR-in Ordubad ş.-nin orta məktəbində müəllim işləyib. 1960-75 illərdə APİ-nin Coğrafiya fakültəsində müəllim və dekan müavini vəzifəsində çalışıb. 1965-67 illərdə APİ-nin Coğrafiya kafedrasının aspiranturasında oxuyub. 1975–2004 illərdə ADU-da müəllim və dos. vəzifəsində çalışıb. Bir çox elmi məqalələrin müəllifidir.
Məlumat ailəsindən alınıb.