(6.1.1958, Göyçay r-nu) – dövlət məmuru.
1975 ildə Göyçay ş. 3 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1980 ildə Azərb. Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olunub. 1985 ildə universiteti qırmızı diplomla bitirib. 1988-92 illərdə Moskva Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb. Nərimanov r-n Komsomol Komitəsində, Nəsimi r-n İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib. 1993–2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003 ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat idarəsinin rəisi vəzifəsində çalışır. Çalışdığı dövr ərzində Nazirlik tərəfindən müxtəlif mükafatlarla təltif olunub. 2018 ildə Ədliyyə Nazirliyinin 100 ilik yubileyi ilə bağlı medalla təltif olunub. 20 noyabr 2012 ildə Azərb. Resp.-nın Prezidenti İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Məlumat M.Soltanovdan alınıb.