Göyçay r-nu ərazisində faydalı qazıntılar çox azdır. Buda ərazinin son geoloji erada sudan azad olması ilə əlaqələndirilir. Digər tərəfdəndə r-nun ərazisindəki faydalı qazıntılar hərtərəfli öyrənilməmişdir. Belə ki, hələ XX əsrin 60 illərində r-n ərazisində neft axtarışları Bığır ərazisində aparaılsa da, son vaxtlara kimi nəticəsi məlum deyil. Amma müəyyən fikirlər söylənilir ki, Qəbələ-Göyçay xətti üzrə neft yataqları mövcuddur.
R-n ərazisində əsas faydalı qazıntılar arasında əhalinin tikintidə istifadə edtiyi qum, çay daşı, çınqıl, gil, əhəng daşı kimi inşaat materialları seçilir. Həmin ehtiyatlardan tikinti materialları istehsal edən müəssisələr istifadə edirdi. Belə ki, saxsı qablar, kərpic hazırlanmasında, yol çəklişində, dəmir.-beton işlərində istifadə olunur. Əsas yataqlar: Göyçay çayı dərəsi, Cəyirli kəndi ərazisi, Qarabaqqal kəndinin dağlıq sahələrinin gil yataqları.
R-nun düzənlik zonasında yeraltı sular mövcuddur. Bu sulardan artezian suları kimi Qaraman, Cəyirli, Ləkçıplaq və s. kəndlərdə istifadə edilir. Göyçay-Ucar yolu kənarında, Bərgüşad yolu ətrafı kənd ərazilərində tərkibində kükürd birləşmələri olan su hövzələri vardır.
Mənbə: Göyçay rayon icra hakimiyyəti // http://goychay-ih.gov.az/page/13.html