Tarixi Azərb. ərazisinin şm.-da geniş yayılmış qəbir tiplərindən olub, Mil-Qarabağ, Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınmışdır. Küplərdə dəfnetmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanmış, eramızın 8 əsrinə qədər davam etmişdir.
E.ə. II əsr. 1973 ildə Birinci Ərəbcəbirli k.-də quşçuluq ferması üçün bünövrə qazılarkən aşkara çıxarılan maddi-mədəniyyət nümunələrindən bəhs olunur. Həmin tapıntılarla əlaqədar arxeoloq A.Nuriyev Göyçaya ezam olunur. Materiallarla tanışlıqdan sonra məlum olur ki, həmin tapıntıların aşkara çıxarıldığı yerdə vaxtilə nekropol (Yunan dilindən tərcümədə “ölü şəhər” mənasını verən bu söz arxeoloji qazıntılar zamanı tapılan məzarlıqlara verilən addır) mövcud olub (İnv.1073). Həmin nekropolda aşağıdakı əşyalar tapılıb: 1. Metal məmulatlar: dəmir, tunc, mis, gümüş, qızıldan sinə bəzəkləri, bilərziklər, üzüklər, sırğalar; 2. Şüşə məmulatlar: muncuqlar və müxtəlif şüşə qablar. Ərəbcəbirlidə tapılan məmulatların – bilərziklər, üzüklər, sırğaların əksəriyyətinin bolluq rəmzi olan ilan simvollu forma və naxışlara malik olması diqqəti cəlb edir.
E.ə. III əsr. XX əsrin 60-cı illərində Qaraməryəm-Müsüslü yolunun kənarında, Aşağı Qaraməryəm k.-də, Yuxarı Şirvan kanalının sol tərəfində əmək və məişət əşyaları tapılıb. Həmin məlumat əsasında 1962 ildə S.Qazıyev, R.Göyüşov kəndə gələrək çoxlu sayda material toplayıb. Bundan bir il sonra F.Osmanov da bura gələrək, Qaraməryəm çayının əmələ gətirdiyi yarğanlarda qədim dövrə aid küp və torpaq qəbirlər (İnv.1077) aşkara çıxarıb. Burada həmçinin divarlarının qalınlığı 2,5 sm olan saxsı küp və bardaqların fraqmentləri tapılıb. 1976 ildə Aşağı Qaraməryəm k. yaxınlığında su anbarı üçün yer qazılarkən də analoji tapıntılar aşkara çıxdı. O zaman kəndə ezam olunan arxeoloqlar Ə.Əliyev, A.Ələkbərov orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət nümunələri, şirli və şirsiz saxsı qablar aşkara çıxardılar. Tapılan küplərin birinin üzərində olan cızma üsulu ilə işlənən sxematik 275 K təsvir var. Mütəxəssislərin fikrincə, bu, insan təsviridir. Qaraməryəm tapıntıları xronoloji cəhətdən ərəb xilafətinin işğalı dövrünə (VII-VIII əsrlərə) aid edilir. Kəndin adının da Məryəm adlı qara dərili ərəb qadınının adından götürüldüyü ehtimal olunur.
E.ə. I – E. I əsrləri. İnçə k. yaxınlığında antik və erkən orta əsrlərə aid yaşayış yeri və küp qəbir abidələri (İnv.1079) aşkar edilmişdir.
Mənbə: ASE. 10 cilddə, IV cild, Bakı, 1980, s. 483;
M.Zülfüqarlı. Göyçay tarixi. Bakı 2022, s. 19-20, 21-22;
“Şamaxı Tarix Diyarşünaslıq Muzeyi”, Bakı, 2009, s. 44.