(1914, Göyçay qəz. Sulut k. – 15 aprel 1987, Bakı ş.) – Sovet İttifaqı Qəhrəmanı (1945).
1936 ildə İsmayıllı RHK.-dan orduya çağırılıb. Leytenant B.Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma ş.-ləri uğrunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov ş.-lərinin faşistlərdən azad edilməsində iştirak edib.
1945 ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirib. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq edib. Berlin uğrunda gedən döyüşlərdə yaralanıb. SSRİ Ali Sovetinin 1945 il 24 mart tarixli qərarına əsasən Mirzəyev Bahəddin Şahvələddin oğluna “Lenin” ordeni və “Qızıl Ulduz” medalı təqdim olunmaqla Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bundan əlavə, I dərəcəli “Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Berlinin alınmasına görə”, “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilib. Şamaxı və İsmayıllı ş.-lərində adına küçə var.
Mənbə: M.Zülfüqarlı, “Göyçay tarixi”, Bakı, 2022, s. 203-204.