(11.1.1912, Göyçay ş. – 29.11.1984, Kiyev ş.) – Sovet sənaye xadimi, Sosialist Əməyi Qəhrəmanı (1981).
1941 ildə Azərb. Sənaye İnstitutunu bitirib. II Dünya müharibəsi dövründə və ondan sonra “Saxalinneft” trestində çalışıb. 1950 ildə Neft Sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft Sənayesi Nazirliyi aparatında çalışıb. 1951-57 illərdə A.Tumanov “Ukrqaz” Birliyinin (Lvov) baş mühəndisi olub. 1957 ildə isə Xarkov Xalq Təsərrüfatı Şurasının Qaz və Neft Sənayesi İdarəsinə rəhbərlik edib. 1960-65 illərdə Ukrayna Xalq Təsərrüfatı Şurasının Qaz və Neft Sənayesi İdarəsinin (Kiyev) rəisi vəzifəsində çalışıb. 1966 ildə A.Tumanovun təşəbbüsü ilə ümumittifaq “Ukrqazprom” ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib. A.Tumanov SSRİ Ali Soveti Rəyasət Heyətinin 2 mart 1981 il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir sıra orden və medallarla təltif olunub. O, 1984 il noyabrın 29-da Kiyevdə vəfat edib və Baykovo məzarlığında dəfn olunub.
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəsmi internet səhifəsi // http://goychay.cls.az/more/text/72836;
Туманов Александр Георгиевич // https://warheroes.ru/hero/hero.asp?Hero_id=20629