Yaranma tarixi – 8.8.1930
Ərazisi: 735 kv.km
Əhalisi: 123795 nəfər (2023 il)
İnzibati mərkəzi: Göyçay ş.
Göyçay Azərb. Resp.-sının tərkibində inzibati r-ndur. R-n respublikamızın mərkəzində, Şirvan düzünün şm. hissəsində, Böyük Qafqaz dağlarının c. ətəklərində yerləşir. R-nun coğrafi koordinantları Bakı ş. ilə təxminən eynidir. Belə ki, r-n ərazisi 40*20 ilə 40*50 şm. enlikləri və 47*40 ilə 48*10 ş. uzunluqları arasında yerləşir.
R-n ərazisi şm.-dan c.-a təxminən 25 km, ş.-dən q.-ə isə 40 km məsafədə uzanır. R-nun mərkəzi Göyçay ş. Bakı–Qazax magistral yolunun 216 km-də, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.
Göyçay r-nu Kür-Araz ovalığında, Aran İqtisadi r-nu tərkibində olmaqla respublikamızın ayrı-ayrı fiziki coğrafi və iqtisadi r-nları ilə həmsərhəddir. R-n ərazisi şm.-da Qəbələ, şm.-ş.-də İsmayıllı, c.-ş.-də Kürdəmir, c.-da Ucar və q.-də Ağdaş r-nları ilə sərhədlənir.
“Göyçay” əsl türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.
Bəzi tarixi mənbələrə görə, r-nun əhalisi əsasən XV əsrdə Türkiyədən köçmüş Qaraman rəhbərliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində (1859 il) Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlamışdır. Bir az bundan əvvəl Potu ərazisində baş verən subasmalar nəticəsində ticarət şəbəkələri indiki şəhər ərazisinə köçürülmüşdür.
Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867 ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəz. yaradıldı. Qəza mərkəzi olan yaşayış məntəqəsi isə 1916 ildən şəhər adlandırılmışdır.
Azərb. SSRİ tərkibinə daxil olduqdan sonra 1929 ildə qəz.-lar ləğv edildi. Göyçay qəz. tərkibində indiki 7 inzibati r-n: Kürdəmir, Ağsu, İsmayıllı, Ucar, Zərdab, Ağdaş və Göyçay olmuşdur. Azərb.-ın rayonlaşdırılması ilə əlaqədar 1930 il avqust ayının 8-də Göyçay r-nu təşkil edilmişdir. Məhz Göyçay ş.-nin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.
1 yanvar 2023 il tarixə r-n əhalisinin ümumi sayı 123060 nəfərdir. R-nun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Ərazidə r-n icra hakimiyyəti başçısının 26 inzibati dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir və yerli özünü idarə 26 bələdiyyə tərəfindən həyata keçirilir.
Qeyd edilməlidir ki, Göyçay toponiminə Türkiyədə də rast gəlinir. Çox maraqlıdır, həm də təəccüblüdür. Adında, tarixində, indisində qədimliyi və müasirliyi yaşadan Göyçay r-nu, Göyçay ş., təbiətin gözəllikləri ilə də diqqət çəkən bu bənzərsiz yurd yeri heç vaxt turizm marşrutlarına birbaşa aid olunmayıb. Doğrudur, burada qədim tarixi abidələr, ardıcıllıqla nümunə göstərilən təbiət heyranlıqları çox deyil. Ancaq belə götürəndə turizm üçün bir çox şəraitin mövcudluğunu da göstərməliyik.
Göyçayın 1700 ildən çox yaşı vardır. Əfsuslar ki, qədim Göyçaydan əsər-əlamət qalmayıb. İslamdan əvvəlki əsas şəhər qəbiristanlığı da 35-40 il əvvəl tamam dağılıb, məhv edilib. Azərb.-da islam dininin qəbul edilib yayılmasından sonra Göyçay ərazisində binə olunan Ərəb, Ərəbşahverdi, Mirzəhüseynli, Şəhadət, Qarabağlar, Üngütlü, Şıxlı və s. “cavan” kəndlərin ən azı 1200 ildən çox yaşı var.
R-n ərazisində mövcud iri yaşayış məntəqələrindən Bığır, Ləkçıplaq, Qaraməryam, Qarabaqqal, Çaxırlı, Potu, İnçə, Şəhadət, Kürdşaban, Mallı-Şıxlı və s adını çəkmək olar.
Göyçay rayonuna daxil olan kəndlər:
1. Alıkənd
2. Alxasava
3. Alpout
4. Aşağı Qaraməryəm
5. Bəydövül
6. Bığır
7. Birinci Ərəbcəbirli
8. Cəyirli
9. Cırqurd
10. Çaxırlı
11. Çayarxı
12. Çərəcə
13. Çərəkə
14. Dövranlı
15. Ərəbşahverdi
16. Hacalıkənd
17. Hacıağabəyli
18. Xəlitli
19. İkinci Ərəbcəbirli
20. İnçə
21. Kürd
22. Kürdəmiş
23. Kürdşaban
24. Qarabağlar
25. Qarabaqqal
26. Qaraxıdır
27. Qaraman
28. Qaraməryəm
29. Qarayazı
30. Qəbələ Müskürlü
31. Qızılağac
32. Qubadlı Şıxlı
33. Ləkçıplaq
34. Mallı-Şıxlı
35. Mollahacılı
36. Məlikkənd
37. Mırtı
38. Mirzəhüseynli
39. Müskürlü
40. Potu
41. Şahsoltanlı
42. Şəhadət
43. Şəkər
44. Şəkili
45. Şıxbəy
46. Şıxəmir
47. Şıxlar
48. Türkmən
49. Ulaşlı Şıxlı
50. Üngütlü
51. Veysəlli
52. Yalman
53. Yekəxana
54. Yeniarx
55. Yenikənd
Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər:
Alxasava
Alpout
Aşağı Qaraməryəm
Bəydövül
Bığır
Cəyirli
Çaxırlı
Çərəkə
İnçə
İkinci Ərəbcəbirli
Yalman
Yeniarx
Kürdşaban
Qarabaqqal
Qaraməryəm
Qaraman
Qızılağac
Ləkçıplaq
Məlikkənd
Mallı-Şıxlı
Mırtı
Müskürlü
Potu
Şəhadət
Şəkər
Göyçay şəhəri.
Mənbə: http://goychay-ih.gov.az/az/page/13.html