(1910–1963) – şair.
Göyçayda anadan olmuş, orada oxumuş, Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, Ağdaş və Göyçay r-da işləmiş, təhsilini Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdir. İ.Soltan ədəbi fəaliyyətə 1935 ildən başlamış, şeirləri dövri mətbuatda çap olunmuş, 1940 ildə keçirilən poeziya müsabiqəsində “Gün doğdu” poeması mükafata layiq görülmüşdür. 1940 ildə çap olunmuş “Ağdərə yollarında” kitabı onun ilk şeirlər məcmuəsidir. Şair Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi çalışmış, ordudan tərxis olunduqdan sonra redaksiyalarda, nəşriyyatlarda işləmişdir. İ.Soltan “Məhsəti”, “Pəri qala”, “Ana”, “Məhəbbət” adlı poemalarını, “Şirvan” mənzum pyesini yazmışdır. Şairin 1954 ildə “Xatirələr”, 1956 ildə “Gözəlçə”, 1961 ildə “Bizim həmyerli oğlan”, 1967 ildə “O, rəssam idi” adlı kitabları nəşr edilmişdir.
Mənbə: Ş.Süleymanlı “Azərbaycan ədəbiyyatı ensiklopediyası: ən qədim dövrlərdən 1920-ci ilədək: I cild”, Bakı, “Nağıl evi”, 2008, s. 353-354.