(1920, Göyçay qəz.-nın Aşağı Qaraməryəm k. – 21.4.2003, Göyçay r-nunun Aşağı Qaraməryəm k.) – Sosialist Əməyi Qəhrəmanı (1948).
1947 ildən Sov.İKP üzvü. 1939-73 illərdə Göyçay r-nundakı “Zəhmət” kolxozunda kolxozçu, manqabaşçısı, İctimai İaşə Müəssisələri Birliyində çalışıb. 1947 ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Azərb.SSR Ali Sovetinin (2 və 3-cü çağırış) deputatı, İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1973), Prezident təqaüdçüsü olub (2002).
Mənbə: Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2002, s. 74
ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 405.