Azərb.-da sufi xanəgahları sosial-siyasi, ideoloji mərkəzləri olan ziyarətgah binaları üzərində qalmış kitabələr orta əsrlər fəlsəfəsi tarixinin, təsəvvüfün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Kitabələrə əsasən Azərb.-da sufi cəmiyyətləri, onların mərkəzləri, şeyxlərin adları, davamçıları aşkar edilir və həmin mərkəzlərin fəaliyyətinin xronoloji çərçivəsi müəyyənləşdirilmişdir. XV–XVII əsr kitabələrində bir sıra alim, şeyx, pir, təriqət başçıları, mədəniyyət xadimləri, vəzifə sahiblərinin adı çəkilir ki, bu da kənd toponimlərinin meydana çıxması ilə sıx bağlı olduğundan maraq doğurur. Sufilik Azərb.-ın bir çox ərazilərində geniş yayılmışdır. Onlardan biri də Göyçay r-nunun ərazisidir. Buna sübut olaraq Göyçay r-nunda da sufilik bağlı türbə və kənd adlarına rast gəlinir. Göyçayda Şıx Əmir, Şıx Nəsir, Pirkənd kimi eyniadlı toponimlər mövcuddur.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2007.