Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il iyulun 7-də Göyçay rayonunda olmuşdur.
Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı qarşılamaq üçün küçə və meydanlara çıxan göyçaylılar onlara böyük sevgi-məhəbbətlərini, istəklərini gül-çiçəklə, səmimi sözlərlə bildirirdilər. Yol boyu minlərlə sakinin əllərində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, dövlətimizin başçısını salamlayan şüarlar var idi.