oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Qarabaqqal i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacılıkənd variantında da qeydə alınmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 221.