oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. R-n mərkəzindən 2 km q.-də, Bakı–Qazax avtomobil yolu kənarında, Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917 ildə Ərəb Cabirli, 1933 ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti Ərəbşamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. Əh. 2432 (2008); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi var.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s.184;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 100;
http://ensiklopediya.gov.az/az/terms/1681/cild/16