oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı Hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim “ağabəylilərin Hacıya mənsub hissəsi” mənasındadır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı,“Şərq-Qərb”, 2007, s. 218.