(28.5.1970, Göyçay r-nunun II Ərəbcəbirli k. – 19.8.1994, Füzuli r-nu Aşağı Əbdürrəhmanlı k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumuna (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) daxil olub. Burada təhsilini tamamlamamış hərbi xidmətə çağırılıb. 1991 ildə ordudan tərxis olunaraq evə qayıdır. 1992 ildə könüllü olaraq Laçına yola düşür. Bir çox döyüşlərin fəal iştirakçısı olub. Ağdərə əməliyyatında – Fərrux dağı, Çıldıran, Sərsəng su hövzəsi, Aterk döyüşlərində iştirak edəndən sonra “N” hərbi hissəsində minatəmizləyən briqadanın tərkibində döyüş yolunu davam etdirib. 1994 ilin avqustunda mina partlayışında həlak olub və doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.