(9.7.1973, Göyçay ş. – 10.11.1992, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1990 ildə Sankt-Peterburq ş. Quru Qoşunları Hərbi Ali məktəbinə daxil olub, lakin iki ay sonra hərbi məktəbi tərk edərək Bakıya dönüb, burada Rabitə Texnikumuna daxil olub. İkinci kursda oxuyanda hərbi xidmətə çağırılıb. O, Bakıda Daxili Qoşunlar batalyonunda əsgəri borcunu yerinə yetirib. 1992 ilin iyununda könüllü olaraq döyüş bölgəsinə yollanıb. O, Naxçıvanik k. uğrunda döyüşlərdə yaxından iştirak edib. Çıldıranda növbəti əməliyyat zamanı qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.