(27.10.1973, Göyçay r-nunun İnçə k. – 9.7.1992, Kəlbəcər r-nun Umudlu k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra Mingəçevir ş. sürücülük kursunda oxuyub. 1992 ilin martında hərbi xidmətə yola düşüb. Bir neçə aydan sonra döyüş bölgəsinə göndərilib. Kəlbəcərin Umudlu k.-də gedən qanlı döyüşlərin birində şəhid olub və doğma kəndində torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.