oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Ləkçıplaq i.ə.v.-də kənd. Ovalıqdadır. Kəndin adı qaraman tayfasının adı ilə əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-63) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərb.-a yayılmışlar. Qaramanların XII əsrdə şm.-dan Azərb.-a gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, kosun və qıştəmir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərb. yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur.
Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərb.-da yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tədqiqatçılara görə, qaraman oğuz tayfalarındandır. Onlar Volqa boyunda IX əsrdə bir dövlət yaratmış, XI əsrdə qıpçaqlarla toqquşmada məğlub olmuş və bir hissəsi Azərb.-na gəlmişdir. Azərb.-da müxtəlif variantlarda beş Qaraman adlı kənd qeydə alınmışdır. Qaraqoyunlu Qara Yusifin qoşun başçısının adı Qaraman olmuşdur. XIV əsrin ikinci yarısında Bərdə və Gəncə mahalları köçəri qaramanlı tayfasından Əmir Yarəhməd Qaramanın əyaləti idi. XIX əsrin ortalarına aid sənədlərdə indiki Salyan r-nunun ərazisində 29 ailədən ibarət qaramanlı adlı köçəri tayfanın yaşaması göstərilir. Oturaqlaşdıqda onlar Aşağı və Yuxarı Qaramanlı k.-ni əmələ gətirmişdilər.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 32.