(22.2.1959, Göyçay r-nunun Potu k. – 8.10.1992, Laçın r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. Daha sonra Rusiya Federasiyasında ilk hərbi xidmətini başa vurub. 1992 ilin martında isə könüllü olaraq Milli Ordu sıralarına yazılır. Üç aylıq təlim məşqlərindən sonra Köhnəkənd, Böyük Kirs dağı uğrunda gedən döyüşlərdə iştirak edir. Goranboy əməliyyatında onun dəstəsi fərqlənir. Əmralılar və Kuropatkino k. reyd əməliyyatında iştirak edir.
İyun ayının 28-də onun dəstəsi Divanalılar k. mühasirəyə düşmüş əsgərlərimizi azad edir və Uryan dağ ətrafında bizim şəhidləri və texnikanı döyüş meydanından çıxarır. Davudun rəhbərlik etdiyi taqım Füzuli rayonunda gedən döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir. Sentyabrın 8-də Ağdərə r-nunun Drombon, Poqosomer k. azad edilməsində şəxsi igidlik və şücaət göstərir. Batalyon komandirinin müavin və ikinci tağımın qrup komandiri olan Davud strateji əhəmiyyətli körpünün partladılmasında şəxsi fədakarlıq göstərir. Bu əməliyyat uğurla başa çatır. Oktyabrın 8-də Laçın r-nunun Zerti k. yaxınlığındakı Laçındağ yüksəkliyi uğrunda döyüşlər zamanı Davud yaralanır. Ertəsi gün hərbi hospitala aparılarkən vəfat edir. D.Əzizov Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.