(20.9.1975, Göyçay r-nunun Ləkçıplaq k. – 12.2.1994, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Göyçay ş. 58 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. O, 1993 ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. Füzuli bölgəsində Horadiz, Əhmədalılar, Şükürbəyli istiqamətində gedən döyüşlərdə iştirak edib. Son döyüşü isə Cocuq Mərcanlı k.-də olub. Bu döyüş zamanı Əziz düşmən səngərinə yaxınlaşıb bir neçə erməni faşistini qumbara ilə məhv edir. Cəsur döyüşçü ikinci səngərə doğru irəliləyərkən düşmənin atdığı snayper gülləsindən şəhid olub. O, doğma kəndində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.