(24.1.1970, Göyçay r-nunun Alpout k. – 5.3.1994, Kəlbəcər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra təhsilini RF-nin Voronej ş.-də davam etdirib. Sonra Vətənə qayıdaraq torpaqlarımızın müdafiəsi üçün 1994 ilin fevralında cəbhə bölgəsinə yola düşüb. Kəlbəcər döyüşlərində müstəsna şücaət göstərib. 1994 ilin fevralında Murovdağ istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Martın 5-də B.Abbasov dünyasını dəyişib. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.