(20.6.1942, Göyçay r-nunun Qaraman k.–29.7.2020, Bakı ş.) – tanınmış pedaqoq, pedaqoji e.n. (1981), dos. (1990).
V.İ.Lenin adına APİ-nin (indiki ADPU) ibtidai təhsilin Pedaqogikası və metodikası fakültəsini bitirib (1964). 1964-70 illərdə İsmayıllı r-nunun Qalıncaq və Qubaxəlilli k. orta məktəblərində müəllim və direktor müavini vəzifəsində çalışıb. 1970-71 illərdə Azərb. Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda metodist, 1971-84 illərdə AR Maarif Nazirliyində metodist, inspektor, şöbə rəisi kimi fəaliyyət göstərib. 1974-77 illərdə APİ-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının aspiranturasında (qiyabi şöbə üzrə) oxuyub.
1984-86 illərdə Azərb. Mərkəzi Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda tədris-metodik işlər üzrə direktor müavini, 1986-90 illərdə Azərb. ETPEİ-də şöbə müdiri, 1990-99 illərdə Mərkəzi MTİ-də dosent və fakültə dekanı, 1999-2006 illər Azərb. Müəllimlər İnstitutunda prorektor, 2006-16 illərdə MTİ-nin Təhsilin idarə edilməsi və Pedaqogika kafedralarında dosent vəzifələlərində çalışıb. 2016–20 illərdə isə ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında müəllim kimi fəaliyyət göstərib. Abdullayev 22 kitabın, 25 adda elmi–metodik, 50–dən artıq elmi məqalənin müəllifi idi.