(18.2.1932, Göyçay r-nunun Yenikənd k. – 28.6.1994, Bakı ş.) – diplomat.
ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsini fars dili ixtisası üzrə bitirib (1960). Sonra bir müddət müəllim işləyib və fars dilinin tədqiqi üzrə elmi işlə məşğul olub. 1966 ildən diplomatik işə keçmiş, SSRİ-nin əvvəlcə İrandakı, sonra isə Əfqanıstandakı səfirliyində III və II katib kimi məsul diplomatik vəzifələrdə çalışıb. Vətənə qayıtdıqdan sonra Abdullayev 1979-83 illərdə Azərb. SSR XİN-də protokol şöbəsinə başçılıq edib. 1983-91 illərdə SSRİ Nazirlər Kabinetinin Azərb. SSR üzrə dini işlər idarəsinin rəisi, 1991-94 illərdə isə Azərb. Resp. Nazirlər Kabinetinin Dini İşlər İdarəsinin rəisi vəzifəsində işləyib. Diplomatiya və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə orden və medallarla təltif edilib.
Məlumat ailəsindən alınıb.