(2.3.1971, Göyçay r-nunun Qaraxıdır k.–7.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 58 saylı Texniki peşə məktəbində təhsilini davam etdirib. Sonra ilk hərbi xidmətini keçmək üçün RF Murmansk ş.-nə yola düşüb. Hərbi xidmətdən sonra bir müddət k. əmək fəaliyyətilə məşğul olan Abdullayev 1993 ilin avqustunda Milli Orduya çağırılıb. O, ən ağır döyüşlərdə fəal iştirak edib. 1994 ilin yanvarında Füzuli r-nunun Aşağı Veysəlli k. uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və iki gün sonra doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi