(17.6.2002, Göyçay r-nunun Qaraxıdır k.-2.10.2020, Füzuli istiqamətində). 17.06.2002 il tarixdə Göyçay rayonu Qaraxıdır kəndində anadan olmuşdur. 07.07.2020 il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 2 oktyabr 2020 il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” (24.06.2021) və “Füzulinin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif edilmişdir.
Göyçay rayonu, Qaraxıdır kəndində dəfn olunub.