(26.9.1974 Bakı ş.) – pedaqogika ü.f.d. (2010), dos. (2018).
1981-91 illərdə N.Nərimanov r-nu 36 saylı orta məktəbdə təhsil alıb, həmin məktəbi gümüş medalla bitirib. 1991 ildə N.Tusi adına APİ-nin İbtidai təlim pedaqogikası və metodikası və musiqi fakültəsinə daxil olub, 1996 ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
O, 1996-97 illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının “Pedaqoji fənlər” kafedrasında laborant; 1997-99 illərdə Bakı Ali Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun “Rəhbər kadrların ixtisasının artırılması və yenidən hazırlanması” dekanlığının laborantı; 1998–2003 illərdə Yasamal r-nu 286 saylı məktəbdə ibtidai sinif və musiqi müəllimi kimi fəaliyyət göstərib. 2003 ildən ADPU-nun Azərb. dili və onun tədrisi texnologiyası kafedrasında müəllim, baş müəllim, dos. vəzifələrində çalışır.
G.Abdullayeva 2010 ildə “İbtidai siniflərdə şagirdlərin nitqinin ifadəliliyi üzrə işin sistemi” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə f.d. elmi dərəcəsini, 2018 ildə dos. elmi adını alıb.
G.Abdullayeva 2 dərs vəsaiti, 3 metodik vəsait, 12 fənn proqramı, 50-dən çox elmi metodik məqalə nəşr etdirib, Moskva, Qazaxıstan, Sankt-Peterburq, Makedoniya, Türkiyə, Kopenhagen, Lüksemburq, Almaniya, İngiltərə, İspaniyada keçirilən Beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış edib. G.Abdullayeva eyni zamanda, AR Elm və Təhsil Nazirliyinin layihələrindən biri olan SABAH qruplarında Nitq inkişafının tədrisi metodikasını tədris edir, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, Bakı Mühəndislər Universiteti, BSU, ADU və başqa universitetlərdə keçirilən təlim, vebinar, seminar və treninqlərdə fəal iştirak edib.
30-dan artıq elmi əsər və tezislərin müəllifidir.
Əsərləri:
Ana dilinin tədrisi metodikası (Nitqin ifadəliliyi üzrə). Bakı, ADPU, 2014, 114 s.
İbtidai siniflərdə ana dilinin tədrisi metodikası fənnindən mühazirələr. Bakı, “Elm və təhsil”, 2015, 520 s.
Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı üzrə “Ana dilinin tədrisi metodikası” fənninin kurikulumu. Bakı, ADPU, 2017, 79 s.
İbtidai siniflərin oxu dərslərində bədii əsərlərin dili üzərində işin təşkili. Bakı, ADPU, 2004, 44 s.;
Məlumat G.Abdullayevadan alınıb.