(15.8.1966, Göyçay ş.) – filoloq alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərb. ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya f.d. (2007), dos. AYB üzvü, “Qızıl qələm” və “Vətənpərvər yazar” mükafatları laureatıdır.
APİ Dil və ədəbiyyat fakültəsini bitirib. Ədəbi yaradıcılığa orta məktəb illərində başlayıb. “XX əsrin əvvəllərində Azərb. ədəbi-bədii fikrində qərbçilik meylləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (2007). “Məhəmməd ağa Şahtaxtlı və Şərq” (2016), “M.Ə.Rəsulzadənin bədii yaradıcılığı” (2017), “Azərb. yazıçıları və Şərq” (2018), “Ədəbi düşüncələr” və s. monoqrafiyaların, “Sənsiz səninlə” (2007), “Ləmanlı günlərim” (2010), “Baharda düşən yarpaq” (2016), “Bir t göyərçin” (2017), “Göyçayın Qarabağ sevdalıları” (2021) və s. kitabların müəllifidir. Azərb.-da və ölkə hüdudlarından kənarda Azərb., rus, türk və fars dillərində əllidən artıq elmi məqaləsi çap olunub, dəfələrlə Resp. və beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, “Futuroloq” Fasiləsiz təhsil kompleksi, APİ, BDU, Bakı Pedaqoji kadrların İxtisasartırma və yenidənhazırlanma institutlarında dərs demişdir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.3