(20.6.1974, Göyçay r-nunun Mırtı k.-8.2.1993, itkin düşüb). 20.06.1974 ildə Göyçay rayonu, Mırtı kəndində anadan olub. 1991 ildə orta məktəbini bitirib Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektirikləşdirməsi texnikumuna daxıl olmuşdur. 26.09.1992 ildə hərbi xidmətə çağırılıb, 1993 il fevralın 6-da onun xidmət etdiyi bölməni Drımbon (Heyvalı) istiqamətində döyüşə yollayırlar. Bölmə ilk dəfə döyüşə əməliyyatında iştirak edir. Növbəti döyüş əməliyyatı olduqca gərgin idi. Bu ağır döyüşün nəticəsi də dəhşətli oldu. Bölmənin əsgərlərindən yalnız bir nəfər sağ qaldı. 08.02.1993 ildə itkin düşüb.
Atası Seyid kişi döyüş bölgəsinə Vahidin yanına getmişdir, komandirləri ilə görüşmüşdü. Komandiri Vahidin intizamlı və qorxmaz döyüşçü olduğunu, ona serjant rütbəsi verildiyini ataya bildirir.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi
http://cls.az/front/1032/az/more/text/45617