(17.4.1974, Göyçay ş. – 18.10.1992, Laçın r-nu ərazisində ) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
1992 il iyun ayının 27-də Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılıb. Həmin il oktyabr ayının 11-də Feyruzun xidmət etdiyi hərbi hissə Laçın r-nunun Səfiyan k. ətrafında gedən döyüşlərə göndərilib. Feyruz oktyabrın 18-də Səfiyan k. yaxınlığında əsir götürülüb.
Atası – Adıgözəlov Firuddinin Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi Noyemberyan r-n şöbəsinin rəisi A.Sarumyandan əldə etdiyi məlumata görə, Feyruz Yerevan ş. Hərbi Polis İdarəsinin İstintaq Təcridxanasında saxlanılıb. 2000 ildə Göyçay r-on Məhkəməsinin qərarı ilə şəhid hesab olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
E.Orucova. Bizi əsirlikdən qurtarın. Bakı, 2006, s. 33-34.