Birmərtəbəli klassik Göyçay evlərinin hər birinin ən azı 100 yaşı var. XIX əsrin sonunda Göyçay qəza mərkəzi elan edildikdən sonra yeni şəhərsalma zamanı inşa edilən bu evlərin hamısının bir özəlliyi var. Başdan-ayağa bir qayda olaraq ağ rəngə boyanıb. Ev sakinləri ənənəvi şəkildə ildə bir dəfə əhənglə çöl tərəfdən ev divarlarını və çəpərləri təmizlik məqsədilə ağardırlar.
Məlumat A.Məmməddən alınıb.