(1.3.1967, İsmayıllı r-nu – 16.6.1992, Tərtər istiqamətində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Göyçay ş. 2 saylı məktəbində oxuyub. Orta təhsilini Bakıda Naxçıvanski adına Hərbi təmayüllü ixtisaslaşdırılmış məktəbdə tamamlamışdır. 3 il orada oxuduqdan sonra əsgəri xidmətə çağırılıb, Murmanskda qulluq edib. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıdakı 10 saylı Peşə Texniki Məktəbində sənət öyrənib. Bakıda 3 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinə başlayıb, ailə qurub.
1991 ildə könüllü olaraq Ş.Tağıyevin başçılıq etdiyi dəstəyə qoşulub, Mərgüşavan, Şuşa, Daşaltı, Malıbəyli, Kərkicahan, Sırxavənd uğrunda döyüşlərdə hünər və cəsarət göstərib. Leytenant Ağamalıyevin son döyüş yeri Tərtər ətrafı – Yuxarı və Aşağı Çaylı k.-nin alınması uğrundakı qanlı döyüşlər olub. Buraya o, aprel ayında gəlmişdi, 1992 ildə iyunun 16-sı isə qəhrəmancasına şəhid olub. Göyçay r-nunun Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
http://goychay.cls.az/more/text/37741