(14.9.1973, Göyçay r-nunun Qarayazı k. – 10.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1992 ilin iyulunda Milli Orduya çağırılıb. Üç ay təlim məşqlərindən sonra Ağdam cəbhəsində, “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində döyüşlərdə yaxından iştirak edib. 1992 ilin oktyabrından 1993 ilin iyununa qədər Naxçıvanın Sədərək r-nunda xidmət edib. Sonra yenidən Ağdama qayıdaraq Bala Novruzlu, Yusifcanlı k., eləcə də Füzuli r-nunun Əhmədbəyli, Kürdmahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Aşağı və Yuxarı Alıxanlı k. uğrunda gedən döyüşlərdə müstəsna igidlik göstərib. Kürdmahmudlu k. ətrafında baş vermiş döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.