(12.3.1952, Göyçay r-nunun Çərəkə k.-12.12.2020, Göyçay r-nunun Çərəkə k.) – pedaqoq, Əməkdar müəllimi (2018).
Gəncə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini bitirib (1973). 1973-86 illərdə Çərəkə k. orta məktəbində əvvəlcə müəllim, sonra isə direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsində işləmişdir. 1986-2017 illərdə Çərəkə k. tam orta məktəbinin direktoru olmuşdur. Səmərəli fəaliyyətinə görə 2012 ildə”Tərəqqi” medalı ilə təltif edilmişdir. AR Prezidenti İ.Əliyevin sərəncamı ilə ona Resp.-nın “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Məlumat A.Məmməd tərəfindən alınmışdır.