(İnv. № 4270) Məscid Göyçay r-nunun Alpout kəndində inşa edilib. Həyətyanı sahəsi 5000 kv.metr, iç sahəsi 10×20 metrdir. Məscid düzbucaqlı formada olub, başdan-başa qırmızı kərpiclə işlənib.
Məscid çox sadə memarlıq üslubu ilə seçilir. Belə ki, dam örtüyü dəmir təbəqə ilə işlənib. Günbəz güldəstə formasındadır. Səkkizguşəli günbəzdə gözlüklər qoyulub. Qübbə hissəsi isə dəmir təbəqə ilə işlənib. Məscidin döşəməsi daş plitə, tavanı isə taxtadandır. İbadət zalındakı tağvari pəncərələr məscidə xüsusi gözəllik verir.
Məscid XIX əsrin axırlarında yerli sakin Hacı Cəmil tərəfindən tikilib. 1993-cü ildə burada təmir işlərindən sonra məscid yenidən fəaliyyətə başlayıb.
Əd.: Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı, 2001,s.162