or., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Alpout ə.d.-nin mərkəzi. R-n mərkəzindən 41 km c.-ş.-də, Şilyan çayının sol sahilində, Qaraməryəm-Müsüslü avtomobil yolunun kənarında, Şirvan düzündədir. Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır.
Hal-hazırda Göyçay, Ucar, Bərdə, Goranboy, Qazax və Laçın r-nlarında Alpout adlı kəndlər var. Etnotoponimdir. Alpout yaşayış məntəqəsinin adı alpaut (alpout) türk dilli tayfaların adı ilə əlaqədardır. Əh. 2188 (2009); Əhalisi əsasən taxılçılıq, bağçılıq, pambıqçılıq, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Kənddə tam orta məktəb, klub, kitabxana, ambulatoriya, uşaq bağçası, rabitə şöbəsi, ATS var və “Hacı Cəlil” məscidi dini icması fəaliyyət göstərir.
Mənbə: Əli Əliyev, Laçın – Qədim Oğuz yurdu. Bakı, 2009. “Avropa” nəşriyyatı. s.20;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 38;
Azərbaycan Milli Ensiklopediyası, I cild, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. Bakı, 2009, s. 389.