Alxasava k.-ində ilk məscidi 1924 ildə Hafizul Quran Molla Baqi tikdirib. Məscid k.-in Mollalı məhləsində yerləşir. Həmin məscid baxımsızlıq ucbatından bu gün çox yararsız bir vəziyyətdədir. Böyük İslam alimi olmuş Molla Baqi dini əqidəsinə görə 1934 ildə Qazaxıstana sürgün edilmişdir. Kənd sakini 85 yaşlı Hacı Biykəs Fərman oğlunun dediyinə görə, məscid yararsız vəziyyətdə olduğu üçün o, yenidən kiçik bir məscid tikdirmək qərarına gəlir. 2001 ildə k.-in Təzə məhlə deyilən ərazisində kiçik bir məscid tikdirir. Məscidi Hacı Biykəs Fərman oğlu tikdirdiyi üçün onun adı ilə bağlı olaraq Hacı Biykəs məscidi adlanır.
Məscidin ibadət zalı (9 m x 7 m) 63 kv.m-dir. İbadət zalının işıqlı olması üçün 2 qiblə tərəfdə, 2 ön divarda, 1 ş.-də və 1 q.-də olmaqla 6 pəncərəsi, zala daxil olmaq üçün 1 qapısı vardır. Qapı şm. tərəfdədir. Məscidin 9 m hün.-də bir şərəfəli minarəsi vardır. Minarə binanın q.-də inşa edilmişdir. Məscidin damı ağ dəmir örtüklə günbəz şəklində örtülmüşdür. Binanın önündə 3 m uzunluğunda, 1,5 m enində məscid eyvanı vardır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 56-57.