(Alxasova) oyk., mür. Azərb. Resp. Göyçay r-nunun İncə i.ə.v.-də kənd. Alxasava ə.d.-nin mərkəzi. R-n mərkəzindən 20 km c.-ş.-də, dağətəyi düzənlikdədir. Bozdağın ətəyindədir. 1993 ilədək Birinci və İkinci Alxasova kəndlərindən ibarət idi. Oykonim “Alxasa məxsus oba” mənasındadır.
Əh.824 (2008); maldarlıq, əkinçilik və bağçılıqla (əsasən, narçılıq) məşğuldur. Orta məktəb, uşaq bağçası, mədəniyyət evi, feldşer-mama məntəqəsi, kitabxana var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 34;
Azərbaycan Milli Ensiklopediyası, 1 cild, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. Bakı, 2009, s.315